AZ

Döngədə qayda pozan “BMW” sürücüsü kuryeri qəzəbləndirdi: “Üstümə çıxacaqsan?” - VİDEO

Paytaxtın Nəsimi rayonunda qayda pozan sürücü kuryerə qəza riski yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Bakıxanov prospektindən Ceyhun Hacıbəyli küçəsinə dönən yolda qeydə alınıb. Hərəkətdə olan 77-FM-220 dövlət nömrə nişanlı “BMW X5” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, döngəni dönən sürücü hərəkətdə olduğu zolaqdan sağa manevr edib. Bu zaman həmin zolaqdakı motosikletə təhlükə yaradıb. Moto sürücü “Üstümə çıxacaqsan? Öz zolağınla dönə bilmirsən?” deyərək əsəbiləşib. Lakin qayda pozan sürücü ona əhəmiyyət vermədən yolunda davam edib. 

 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
avtosfer.az

1Mənbələr