1988-ci ildən bəri heç bir fabrikinin bağlanması barədə məlumat verməyən “Volkswagen” uzun müddət sonra ilk dəfə bunu etmək məcburiyyətində qala bilər.

İndex.az xəbər verir ki, şirkət bəyan edib ki, Brüsseldəki “Audi” zavodu elektrik avtomobillərinə tələbin azalması səbəbindən bağlana bilər, həmçinin özünün lüks modeli “Audi Q8 E-Tron”un istehsalını da dayandıra bilər.

Elektrikli avtomobillərə tələbatda onsuz da müəyyən azalma olduğunu bildirən “Volkswagen”, lüks elektrikli vasitə satışlarının dibə vurduğunu açıqladı. Bu vəziyyəti “Audi Q8 E-Tron”da görən şirkət böyük ehtimalla artıq “Q8 E-Tron” istehsal etməyəcək. Təbii ki, bu vəziyyətin hələlik layihə mərhələsində olduğunu bildirən şirkət, həmçinin obyektin Brüsseldə yerləşməsinin yaxşı olmadığını və bu vəziyyətin logistika xərclərini artırdığını bildirib.