AZ

DYP Xəzər rayonunda tədbirlər keçirdi – Həbs olunanlar var

“Xəzər rayonunda qayda pozan sürücülərə qarşı davamlı şəkildə tədbirlər həyata keçirilir.” Bunu Avtosfer.az-a açıqlamasında Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin Təcrübə üzrə baş inspektoru polis baş leytenantı Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, keçirilən tədbirlər zamanı konstruksiya dəyişikliyi edən 3, ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkən 2, sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 2 və polisin qanuni tələbinə məhəl qoymayan 1 sürücü aşkar edilib.

Həmin sürücülər barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılan sürücülərdən biri Yunusov Nəcəf Vasif oğlu 5 gün müddətinə inzibati qaydada həbs olunub. Digər qayda pozan sürücü ilə bağlı toplanılmış materiallar isə aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
avtosfer.az

1Mənbələr