AZ

Aİ - dən Tbilisiyə çətin imtahan: Davam ya tamam? - Gürcüstanlı ekspertlər TƏHLİL EDİR

Avropa İttifaqı (Aİ) Gürcüstanın inteqrasiyası prosesini dayandırdığı bildirilir. Həm ABŞ, həm də Aİ Gürcüstanla münasibətlərə yenidən baxır.

"Xüsusilə, Aİ-yə üzv ölkələrin liderləri Gürcüstanın Aİ-yə daxil olması prosesini dayandırmaq qərarına gəliblər".

Bu sözləri Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski iyulun 9-da Tbilisidə “Aİ-nin genişlənməsi – geosiyasi zərurət və Aİ-yə namizəd dövlətlər üçün növbəti addımlar” adlı konfransda deyib.

Bəs Qərbin bu cür sərt tədbirləri haqqında Gürcüstanlı ekspertlər nə düşünürlər?

Ednews sorğunu təqdim edir:

Gürcüstanın keçmiş Təhsil və Elm naziri Gia Nodia:

"Aİ səfirinin Aİ-nin Gürcüstanın İttifaqa inteqrasiya prosesini dayandırması barədə bəyanatı kifayət qədər məntiqlidir. Faktiki olaraq prosesi Gürcüstan tərəfi dayandırdı. Gürcüstan konret bir şəkildə strateji dönüş etdi. Avropa Birliyinə, ümumiyyətlə Qərbə arxa çevirdi. Bu etiraf edilməsə də, bu həm də rus dünyasına yaxınlaşmaq deməkdir. Deməli, Aİ-nin reaksiyası sadəcə bu fakta reaksiyadır. Açığı, bilirsiniz ki, əgər Gürcüstan Avropanın fikrinə məhəl qoymasa və Avropa İttifaqını, əsasən, Gürcüstanın düşməni olan qlobal müharibə tərəfinin idarə etdiyi qurum hesab edərsə, təbii ki, Aİ onun Avropaya inteqrasiya proseslərini dayandırar. Gürcüstan tərəfinin Avropanı özünə düşmən hesab etməsi və eyni zamanda bizim Avropaya inteqrasiyaya sadiq olduğumuzu söyləmək absurddur".

Cənubi Qafqaz regionu üzrə ekspert Arnold Stepanyan Arnold Stepanian:

"Bunun hələ son olduğunu düşünmürəm. Bu addımlar Qərbin güzgü siyasətidir. Bir ölkə eyni anda həm Avropaya qoşulmaq istəyindən danışa, həm də eyni zamanda praktikada Avropa dəyərlərinə zidd siyasət yürüdə bilməz. Gürcüstan Avropa ailəsinin bir hissəsi olmağa çalışır, lakin bu ailədə, bu yöndə ölkənin qəbul etdiyi və qəbul etmədiyi qaydalar var. Hakim elita tərəfindən bir neçə fundamental qaydalar pozuldu və bu da Qərbin reaksiyasına səbəb oldu. Avropa İttifaqı və ABŞ-ın reaksiyası gözlənilir. Əslində seçim sadədir - ya onların sizə göstərdiyi və keçməyinizə kömək etdikləri yol ilə Avropa İttifaqına doğru gedirsiniz, ya da başqa yolu seçirsiniz. Hökumət Avropa Birliyinə deməyə çalışır ki, biz onlar üçün çalışırıq, amma indi başqa yol ilə gedirik. Lakin hökümət başqa yolun olmadığını başa düşmək istəmir".

Politoloq Gia Xuxaşvili:

"Bu elə bir vəziyyətdir ki, kimisə günahlandırmaq olmur. Aİ-yə üzv olmaq istədiyinizi bəyan edirsinizsə, riayət edilməli olan qaydalar var. Bu qaydalara əməl etməyin, sizi hansısa şəkildə pozduğunu düşünürsünüzsə, sadəcə olaraq qoşulmaqdan imtina etməlisiniz. Deməli, hakimiyyət sadə bir suala aydın və mütləq cavab verməlidir - onlar Aİ-yə daxil olmaq istəyirlər, ya yox. Bu sanksiyalar məhz bu ziddiyyətli mövqeyin nəticəsidir ki, ölkə qərarsız və çətin vəziyyət ilə qarşı – qarşıyadır".

Əkbər Novruz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
ednews.net

1Mənbələr