AZ

Bakının sadiq dostu təhlükədə: Ona qarşı sui-qəsd planının arxasında kim var?

Macarıstanın Baş naziri Viktor Orban ətrafında qalmaqal böyüyür. Avropa İttifaqı rəsmiləri ard-arda V.Orbanı tənqid edir. Hətta Macarıstanın Aİ-dən çıxarılmasına dair versiyalar səslənir.

Bəzi ekspertlər isə iddia edir ki, V.Orbana qarşı sui-qəsd cəhdləri də ola bilər.

Globalinfo.az -a danışan politoloq Oqtay Qasımov deyib ki, son illərdə Macarıstanın bir çox məsələdə fikirləri Aİ ilə ziddiyyət təşkil edir:

“Bu fikir ayrılığı xüsusilə Rusiya-Ukrayna savaşından sonra özünü daha qabarıq şəkildə göstərir. Rəsmi Budapeşt həmçinin NATO-nun şərqə doğru genişlənməsinə qarşı da çıxır. İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxan ölkələrdən biri də məhz Macarıstan idi.

V.Orbanın son zamanlar ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə görüşməsi, Moskvaya, Şuşaya, Pekinə səfər etməsi, müzakirələr aparması Aİ də narazılıqlar yaratdı. Bir çox dövlət artıq Budapeştin dönəm sədirliyindən uzaqlaşması ilə bağlı fikirlər səsləndirməyə başlayıblar.

Bütün bu və digər məsələlər Orbana qarşı etirazlara səbəb olur. Macarıstan rəhbərliyi Ukrayna müharibəsi ilə bağlı mövqeyində korrektələr etməsə, düşünürəm, Budapeştin Aİ-dən xaric edilməsi daha ciddi müzakirə ediləcək. O ki qaldı Viktor Orbana sui-qəsd cəhdinə, bu da istisna deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
turkustan.az

1Mənbələr