AZ

Ceyhun Bayramov belçikalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyətini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda NATO sammiti çərçivəsində Belçikanın xarici işlər naziri Hadija Labib ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlıq müzakirə olunub. COP29 ilə bağlı məsələlər, həmçinin münaqişədən sonrakı regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
operativmedia.az

1Mənbələr