AZ

Bayramov belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi

NATO Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Həmçinin münaqişədən sonrakı regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə olunub",-məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com
Seçilən
60
10
teleqraf.com

10Mənbələr