AZ

Gədəbəydə ”VAZ”la “hoqqa” verən “avtoş” sürücü qəzadan son anda qurtuldu - VİDEO

Şəmkir-Gədəbəy yolunda avtoxuliqanlıq edən sürücünün videosu sosial şəbəkədə yayılıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl “Yasamal perevalı” adlanan ərazidə qeydə alınıb. Hərəkətdə olan 57-CL-233 dövlət nömrə nişanlı “VAZ-21010” markalı avtomobilin sürücüsü  yolda təhlükəli manevrlər edərək “şou” göstərib. Belə ki, o, maşını otluq hissəyə  sürüb və əl əyləcindən istifadə edərək avtomobili fırladıb. Xoşbəxtlikdən hadisə zamanı qəza qeydə alınmayıb. 

Təəssüflə qeyd edək ki, gənc sürücülər “TikTok” sosial platformasında dəb halını almış bu cür təhlükəli “trend”ə qoşulurlar. Lakin belə videoların gənc nəslə pis örnək olduğunu, ən əsası ağır qəzayla nəticələnə biləcəyini nəzərə almırlar. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
avtosfer.az

1Mənbələr