AZ

Rusiyalı iş adamı sanksiya siyahısından çıxarılıb

Avropa İttifaqının Ədalət Məhkəməsi (CURIA) "Eurochem"in keçmiş rəhbəri Vladimir Raşevskini sanksiya siyahısından çıxarıb. 

32gun.az bildirir ki, bu barədə məhkəmənin saytında məlumat verilib.

Raşevskinin onun bu siyahıya salınması ilə bağlı şikayət etdiyi ifadəsini nəzərdən keçirən məhkəmə onun arqumentləri ilə razılaşıb. Yəni, sahibkara qarşı sanksiyalar əsassız hesab edilib.

"Raşevski Eurochem"in baş direktoru kimi məhdudiyyətlərə məruz qalıb. Lakin iş adamı sübut edə bilib ki, məhdudiyyətlərin tətbiqi zamanı o, artıq bu vəzifəni tərk edib.

Bundan əvvəl iki rusiyalı ABŞ-ın sanksiya siyahısından çıxarılmışdı : keçmiş bankir Aleksey Panferov və Rusiya kəşfiyyat xidmətləri ilə əlaqələrdə ittiham olunan Marina Tsareva...

İyunun sonunda Böyük Britaniya Rusiyanın ən böyük almaz istehsalçısı Alrosa- nın baş direktorunun müavini kimi bu məhdudiyyətlərə məruz qalan Aleksey Filippovskini sanksiyalardan çıxarıb.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
32gun.az

1Mənbələr