Ekvadorda 3 ton narkotik maddə - kokain aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ekvador polisi Rusiyaya göndərilməsi nəzərdə tutulan banan yüklənmiş konteynerdə 3 ton narkotik maddə - kokain aşkarlayıb. Cinayətin üstü xidməti itlərin sayəsində açılıb.
Məlumata görə, müsadirə olunmuş kokain qara bazarda 6,3 milyon ABŞ dolları qiymətindədir. Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.
Qeyd edək ki, bir qədər əvvəl polis 1 ton kokainin Finlandiyaya göndərilməsinin qarşısını ala bilmişdi. Ölkənin hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada bu il Ekvadorda 140 ton narkotik maddənin müsadirə edildiyi, narkotiklə bağlı 6 min insanın həbs olunduğu bildirilir.
L.Tağıyeva
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta