AZ

Rusların Qərb banklarındakı aktivləri talanır..?

...Ukrayna 2024-cü il avqustun əvvəlində Rusiyanın dondurulmuş aktivlərindən 1,4-1,5 milyard avro məbləğində gəlirlərin birinci tranşını alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Ukraynanın müdafiə naziri Rustem Umerovun bəyanatına istinadən xəbər verir.

Qeyd edək ki, Umerov ötən gün Vaşinqtonda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə görüşüb.

...Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etmək barədə vacib qərara görə Avropa İttifaqına təşəkkür etmək istərdim. 21 may 2024-cü ildə Avropa İttifaqı Şurası Rusiya Federasiyasının dondurulmuş aktivlərinin 90 faizinin Avropa Sülh Mexanizminin bir hissəsi olan Ukraynaya Yardım Fonduna göndərilməsi barədə qərar qəbul edib.

Bu vəsait Ukraynanın müdafiə ehtiyacları üçün istifadə olunacaq.

Bunu Ukraynalı nazir qeyd edib.

Onun sözlərinə görə, faizlərin ümumi məbləği illik 2,5-3 milyard avro təşkil edəcək. 1,4-1,5 milyard avroluq ilk tranş 2024-cü il avqustun əvvəlində hazır olacaq.

Avropa İttifaqı və Ukrayna birinci tranşın üç istiqamətə xərclənməsi barədə razılığa gəliblər: sursat; hava hücumundan müdafiə sistemləri; Ukrayna istehsalçılarının dəstəyi...

...Qeyd etmək vacibdir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən mallar 2024-cü ilin sonuna qədər Ukraynaya çatdırılmalıdır. Bu qərarlar müdafiə qabiliyyətimizi gücləndirmək və ukraynalı istehsalçıları dəstəkləmək üçün son dərəcə vacibdir.

Təbii ki, bunu da Umerov bildirib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
sia.az

1Mənbələr