AZ

“Suzuki” yeni model avtomobili satışa çıxarır

“Suzuki”

Yaponiya avtomobil sənayesinin istehsalı olan "Suzuki Jimny Horizon"-un növbəti versiyası təqdim olunub. Yaxın aylarda isə köhnə, həmçinin də bu müasir model ilə müqayisədə kiçik maşın hesab olunan "Suzuki Jimny" avtomobili tezliklə bazarlardan itəcək.

Reyting.az
xəbər verir ki, “Suzuki” şirkəti yapon brendi elektromobillərin inkişafına xüsusi diqqət ayırdığına görə 2025-ci ilə qədər bu modeli tamamilə kataloqundan çıxarmaq qərarına gəlib.

Dünyanın əksər və ən məhşur avtomobillərinin sırasında adı olan, öz brendini kifayət qədər qoruyub saxlaya bilən, layiqincə tanıdan bu şirkətin sözçüləri xatırladıblar ki, ötən ilin sonunda "Suzuki"-nin yeni kurs üçün tərk etdiyi üç modelinin aqibəti artıq hər kəsə məlumdur.

Vida jesti olaraq "Suzuki" şirkəti öz "Suzuki Jimny Horizon" adlı yeni və fərqli avtomobil modelinin xüsusi buraxılışını təqdim edib. Yaponların yolsuzluq maşını adlandırdıqları bu avtomobil parlaq boz çalarlı bir rəngdə təqdim olunub. Maşının yanları boyunca qara zolaq, qapılarında və motor örtüyündə isə modelin adı həkk olunub. Avtomobilin ön, həm də ehtiyat təkərin qapağında parlaq və cəlbedici görsənən brend loqosu yerləşir. Qabaqda bamper, həmçinin yan eşiklər tam parlaq gümüşü rəngə boyanıb.

"Jimny Horizon" 102 at gücü hasil edən eyni 1,5 litrlik benzin mühərriki ilə təchiz edilib. Bu yeni avtomobilin həm də beşpilləli mexaniki bir transmissiyası var və tam ötürücü yalnız əlavə dartma tələb olunduqda avtomatik işə düşür. Lakin normal şəraitdə avtomobil sərbəst olaraq arxa təkərlərlə işləyir.

Hələ ki, bu yeni versiyadan cəmi 900 ədəd istehsal edilib. "Suzuki" modeli "Jimny Horizon" ilk dəfə Almaniya bazarında satışa çıxarılacaq. Avtomobilin Almaniyada qiyməti 32 340 avro olacaq.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
reyting.az

1Mənbələr