Macarıstan ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə mümkün qayıdışını Ukraynada "sülh şansı" kimi qiymətləndirir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri NATO sammitində iştirak üçün Vaşinqtonda olan Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, ölkəsinin məqsədi Rusiya və Ukraynanın iştirak etdiyi sülh danışıqları vasitəsilə müharibəyə son qoymaqdır:
"Düşünürəm ki, onları hətta danışıqlara məcbur etmək üçün çox güclü xarici təzyiq olmalıdır. Qarşıdakı dövrdə kimin bunu etmək şansı var? Yalnız Trampın - əgər prezident seçilərsə".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun