AZ

Çin NATO-nu ayrı-ayrı ölkələr üçün hegemonluq alətinə çevrilməməyə çağırır

Çinin Avropa İttifaqındakı missiyası Şimali Atlantika Alyansını Asiya-Sakit Okean regionunda sülhü pozmamağa və ayrı-ayrı böyük dövlətlər üçün hegemonluq alətinə çevrilməməyə çağırıb.

Missiyanın bəyanatında deyilir ki, Pekin NATO-nu “öz yerini bilməyə və Şimali Atlantika regionunun müdafiə təşkilatı kimi mövqeyinə ciddi şəkildə riayət etməyə” çağırır. 

Bundan əlavə, Çin missiyası bloku Asiya-Sakit okean regionunda sülh və sabitliyi pozmamağa və “ayrı-ayrı böyük ölkələrin hegemonluğunun alətinə çevrilməməyə” çağırıb.

 

“Asiya-Sakit Okean regionu geosiyasi oyunlar meydanı deyil, dinc inkişaf ərazisidir”, – deyə RİA Novosti sitat gətirir.

Missiya həmçinin qeyd edib ki, NATO sammitinin bəyannaməsində Çinlə bağlı ifadələr yalan, təhrik və böhtanla doludur.

Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bəyan etmişdi ki, alyans öz bəyannaməsində Pekinə “mümkün olan ən ciddi mesajı” göndərib.

Mənbə RİA Novosti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
dogru.az

1Mənbələr