AZ

Qəzzadan qaçanları israilli snayperlər güllələyir

İsrail Qəzzaya hücumlar başlayandan sonra ikinci dəfə bütün Qəzza şəhərini boşaltmağa çağırış edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yerlərini tərk edən fələstinlilər snayperlər tərəfindən güllələnir.

Çox sayda şahid İsrailin şəhərə intensiv hücumları nəticəsində çox sayda insanın həyatını itirdiyini, qaçmağa çalışanların isə İsrail snayperləri tərəfindən öldürüldüyünü bildirib.
 
Qəzza zolağının şimalından cənubuna qədər heç bir vilayətdə təhlükəsiz bölgənin olmadığı vurğulanıb və fələstinlilərə çağırış edilib.
 
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bəri Qəzzada təxminən 1,9 milyon fələstinli məcburi köçkün vəziyyətinə düşüb.
 
Mikayıl
Seçilən
65
azxeber.com

1Mənbələr