AZ

Çin Türkiyəyə böyük sərmayə yatırımı edəcək

Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan BYD ilə Sənaye və Texnologiya Nazirliyi arasında BYD-nin Türkiyəyə sərmayə qoyması üçün müqavilə imzalanıb.    Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin avtomobil nəhəngi ilə imzalar Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsindəki Dolmabahçe İş Ofisində sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və BYD sədri Vanq Çuanfu tərəfindən imzalanıb. Müqavilə çərçivəsində BYD-nin Türkiyədə təxminən 1 milyard dollar sərmayə ilə illik 150 min avtomobil tutumu olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi və davamlı hərəkətlilik texnologiyaları üçün Ar-Ge mərkəzi qurması gözlənilir. 2026-cı ilin sonunda istehsalına başlanması planlaşdırılan obyektdə 5 min nəfərin birbaşa məşğulluğunun təmin edilməsi planlaşdırılır. Qeyd edək ki, BYD Tesla-dan sonra dünyanın ikinci ən böyük elektrik avtomobil istehsalçısıdır; Hyundai, Toyota, Renault, Ford kimi xarici şirkətlərin də Türkiyədə istehsal etdiyi bildirilib. BYD   Fidan Əliyeva

Manşet.az

Seçilən
15
manset.az

1Mənbələr