AZ

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda dövlət səfərindədir

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda dövlət səfərindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərindədir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.

Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.

Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
7
sonxeber.az

6Mənbələr