AZ

Moskvanın Ukrayna ilə bağlı sammitə dəvət məsələsinə Rusiya XİN-dən cavab

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rusiya qarşıdan gələn Ukrayna sammitində iştirak etməyi planlaşdırmır".
Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib.
O, sammitin keçiriləcəyi yerin hələ müəyyən edilmədiyini, lakin coğrafiyanın əsas rol oynamadığını vurğulayıb və bildirib ki, bu məsələdə hamıya aydın olan məzmun daha vacibdir.
"Rusiya bu cür ultimatumları qəbul etmir və bu cür sammitlərdə iştirak etməyi planlaşdırmır", - deyə Rusiya XİN rəhbərinin müavini sözlərini yekunlaşdırıb.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna bu ilin noyabrına qədər ikinci sülh sammiti keçirmək və oraya Rusiyanı da dəvət etmək niyyətindədir.
Xatırladaq ki, birinci sülh konfransı 15-16 iyun tarixlərində İsveçrədə Rusiyanın iştirakı olmadan keçirilib. Orada 90-dan çox dövlət və səkkiz beynəlxalq təşkilat təmsil olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
338
35
oxu.az

10Mənbələr