AZ

Ermənipərəst konqresmen yenə öz ampluasında

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri NATO sammitinə gələrkən mən Bayden administrasiyasını Ermənistanın suverenliyini dəstəkləməyə və Azərbaycana hərbi yardımı dayandırmağa çağırıram”. 

“Cebhe.info” xəbər verir ki, bunu ABŞ konqresmeni Frank Pallon “X”-də yazıb. O bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın cəzalandırılmasını təmin etməlidir.

Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh danışıqlarının aparıldığı bir zamanda konqresmenin belə fikirlər səsləndirməsi fərqli maraqlardan xəbər verir.

Frank Pallone qatı ermənipərəst konqresmendir və uzun illərdir ki, ABŞ konqresində ermənilərə lobbiçilik edir. Bu, onun Azərbaycana qarşı səsləndirdiyi ilk çıxış deyil. F.Pallonenin həyat yoldaşının erməni olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
cebheinfo.az

1Mənbələr