AZ

Kiyev Cənubi Koreyadan hava hücumundan müdafiə sistemləri istəyib -“Nikkei Asia“

Ukraynanın Seuldakı səfiri Dmitri Ponomarenko diqqət çəkən açıqlamalar verib.

News365.az xəbər verir ki, o, Nikkei Asia-ya müsahibəsində Cənubi Koreyaya yardım çağırışları edib. Səfir Kiyevə hücum silahları tədarük etmək istəməyən Cənubi Koreya hakimiyyətindən ölkəyə hava hücumundan müdafiə sistemlərinin göndərilməsini istəyib.

“Əgər Cənubi Koreya hakimiyyəti hələ də hücum silahları verməyə hazır deyilsə, biz hava hücumundan müdafiə sistemlərini almaqdan məmnun olarıq”, - diplomat bildirib.

Ponomarenko əlavə edib ki, Kiyev Cənubi Koreya ilə Ukrayna Silahlı Qüvvələrinin  təcili olaraq ehtiyac duyduğu silahların tədarükü ilə bağlı dialoq aparır. Diplomat vurğulayıb ki, ölkəsi daim “qeyri-standart həllər və ideyalar axtarışındadır” və bu, hər iki tərəf üçün məqbul əməkdaşlıq yollarını tapmağa kömək edə bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
news365.az

1Mənbələr