AZ

Baydenin “seçki heyəti“ qələbəyə şübhə etməyə başlayıb -“Washington Post“

ABŞ prezidenti Cozef Baydenin seçki kampaniyası üzrə heyətinin yüksək vəzifəli üzvləri onun noyabrda yenidən seçilmək şansına şübhə ilə yanaşırlar.

News365.az xəbər verir ki, bu barədə Washington Post yazıb.

ABŞ Demokrat Partiyasındakı mənbənin qəzetə verdiyi açıqlamaya görə, Baydenin seçki kampaniyası liderlərinin böyük əksəriyyəti nəinki depressiyadadır, onlar heç indiki situasiyadan çıxış yolu da görmürlər.

Qeyd edək ki, Baydenin Trampla debatda zəif çıxışı ictimai-siyasi sferada ciddi tənqidlərə səbəb olmuşdu.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
news365.az

1Mənbələr