AZ

Avro-2024-ün finalı ona tapşırıldı

Avro-2024-ün finalını idarə edəcək hakimin adına aydınlıq gəlib.

Publika.az xəbər verir ki, fransalı Fransua Leteksie İspaniya - İngiltərə oyununa baş hakim təyin edilib. Bu barədə UEFA məlumat yayıb.

35 yaşlı referi qrup mərhələsinin iki oyununda - Xorvatiya - Albaniya (2:2) və Danimarka - Serbiya (0:0), həmçinin 1/8 final mərhələsinin İspaniya - Gürcüstan matçında (4:1) meydanda ədaləti qorumağa çalışıb.

Qeyd edək ki, oyun iyulun 14-də Berlindəki Olimpiya stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
publika.az

1Mənbələr