AZ

Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə inkişaf edir- ÖZƏL

"Azərbaycanla Pakistan arasındakı münasibətlər çox sıx əməkdaşlıq şəraitində yüksələn xətlə inkişaf edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib:

"Hər iki dövlət istər çoxtərəfli, yəni beynəlxalq təşkilatlarda əməkdaşlıq baxımından, istərsə də ikitərəfli münasibətlərdə çox fəal əməkdaşlıq edirlər. Bu əməkdaşlığın həm region ölkələrinə, həm də dünya ölkələrinə faydalı tərəfləri var. Biz, yaxşı xatırlayırıq ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub. Pakistan artıq tarix olmuş Qarabağ probleminin həllində birmənalı şəkildə Azərbaycana dəstək verib. Hətta o dərəcədə ki, Pakistan Ermənistanı bir dövlət kimi tanımayan və onunla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərdən birincisidir. Biz bunları unutmamışıq. Təbii ki, Azərbaycan da paralel olaraq Pakistanın əsas problemlərindən olan Kəşmir məsələsində birmənalı olaraq öz dəstəyini göstərib, göstərməkdədir və belə də davam edəcək. Nə qədər bu məsələ Pakistanın qonşusu, dünyanın aparıcı dövlətlərindən olan Hindistanın narazılığına səbəb olsa da, Azərbaycanın bu addımına görə Hindistanın Ermənistana dəstək verməyə qalxması da bizi mövqeyimizdən çəkindirmir, çəkindirə də bilməz. Biz, Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edirik. Hər iki dövlət paralel olaraq regional və qlobal problemlərin həllində fəal mövqedən çıxış edirlər. Xüsusən İslam Dünyasının problemləri ilə bağlı məsələlərdə biz, əks tərəfin fəal şəkildə mövqe və yanaşmalarını görürük. Siyasi sahədə əməkdaşlıqlar ortadadır. İqtisadi sahədə də çox ciddi əməkdaşlıqlar, qarşılıqlı faydalı çalışmalar var. Mədəniyyət sahəsində də bu əməkdaşlıq davam edir, genişlənir. Heydər Əliyev Fondunun Pakistandakı humanitar fəaliyyətlərinin rolunu burda xüsusi qeyd etmək lazımdır. Bu əməkdaşlıq durumunu qənaətbəxş hesab edirəm və gələcək perspektivdə daha da genişlənəcəyini gözləmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
olaylar.az

1Mənbələr