AZ

İngiltərəli forvardın Premyer Liqaklubuna keçidi niyə BAŞ TUTMADI?

London "Arsenal"ının yetirməsi Morqan Fereyranın karyerasını Azərbaycanda davam etdirmək istəyi reallaşmayıb.

Halbuki forvardla "Şamaxı" arasında bütün detallarda razılıq əldə olunmuşdu.

Onun yaxın günlərdə klubun məşqlərinə qoşulacağı gözlənilirdi.

Amma son anda şəxsi problemləri səbəbindən ingiltərəli hücumçunun bölgə klubuna keçidi baş tutmayıb.

29 yaşlı oyunçu son mövsümü İsrailin "Hapoel Acre" klubunda keçirib.

Yamayka əslli əcnəbi "Arsenal"ın yetirməsidir.

O, 2011-2021-ci illər aralığında İngiltərədə müxtəlif klubların formasını geyinib.

Sonrakı illərdə isə Tayland, İsrail və Birləşmiş Ərəb Əmirliklərində legioner həyatı yaşayıb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
sportinfo.az

1Mənbələr