AZ

AÇ-2024-ün final matçının baş hakimi açıqlandı

Almaniyada keçirilən Avropa çempionatının (AÇ-2024) İspaniya və İngiltərə yığmaları arasında baş tutacaq final oyununun baş hakimi açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

UEFA rəsmiləri finalda ədaləti təmsil etməyi fransız hakim Fransua Leteksyenin öhdəsinə buraxıblar.

Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında keçiriləcək final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
arena.az

1Mənbələr