AZ

Niderland millisi Avropa çempionatlarında antirekorda imza atdı

Məlum olduğu kimi, Niderland millisi AÇ-2024-ün yarımfinalında İngiltərə yığmasına 1:2 hesabı ilə məğlub olaraq, mötəbər yarışla vidalaşıb.

Arena.az məlumat verir ki, bu nəticə ilə “narıncılar” Avropa çempionatları tarixində mütləq antirekorda imza atıblar.

Beləki ki, “zanbaqlar ölkəsi”nin təmsilçiləri Avropa çempinatının yarımfinalında 5-ci dəfə məğlub olublar. Bu, qitə birinciliyinin bütün iştirakçiları arasında ən pis göstəricidir.

AÇ-2024-ün yarımfinalından əlavə, Niderland yığması 6 dəfə iştirak etdiyi yarımfinal mərhələsinin oyunlarında AÇ-1976, AÇ-1992, AÇ-2000 və AÇ-2004-də məğlubiyyət acısı yaşayıb.

Niderland millisi yalnız AÇ-1988-də yarımfinal oyunuda qalib gələrək finala yüksəlib və burada SSRİ yığmasına 2:0 hesabı ilə məğlub edərək, Avropa çempionatının qalibi olub.

Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında keçiriləcək final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
arena.az

1Mənbələr