AZ

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyə mediatur təşkil olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyə mediatur təşkil olunub.İyulun 11-də media nümayəndələrinin iştirakı ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə mediatur təşkil olunub. İştirakçılar vətəndaşların qəbulu və Agentliyin struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.Ali və orta ixtisas təhsili, ali təhsilin kredit sistemi ilə təşkili, tələbələrin köçürülməsi, kolleclərdə aparılan kadr islahatları, diplom və təhsil sənədlərinin verilməsi, müasir elmi laboratoriyaların qurulması, elmmetrik göstəricilərə əsasən alimlərin qiymətləndirilməsi mexanizmləri, eləcə də alimlərin qarşılaşdığı çətinliklər, onların aradan qaldırılması yollarından və Agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı media nümayəndələrinə məlumat verilib.Mediatur zamanı bildirib ki, Vətəndaş Qəbulu və Çağrı Mərkəzinə müraciət edən vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun məlumat verilir. Eyni zamanda quruma daxil olan elektron və yazılı müraciətlər qeydə alınaraq müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir. Qeyd olunub ki, 2024-cü ilk 6 ayında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 43553 müraciət cavablandırılıb. Çağrı Mərkəzinə 23803, Vətəndaş Qəbulu Mərkəzinə 1456 müraciət daxil olub. Kağız daşıyıcılarda və elektron formadakı müraciətlərin sayı 12398, “Whatsapp” və sosial media xidməti vasitəsilə daxil olan müraciətlərin sayı isə 5896 olub.Sonda struktur bölmə rəhbərləri tərəfindən Agentliyin fəaliyyət istiqamətləri barədə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Seçilən
55
1
tehsilforumu.az

4Mənbələr