Laçında 1 ton yabanı çətənə bitkisi yandırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.
Tədbir zamanı Hoçaz kəndinin ərazisində yabanı halda bitən 1 ton çəkidə 5733 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.