AZ

Kiyev daha bir NATO ölkəsi ilə təhlükəsizlik sazişi imzaladı

Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski və Rumıniya Prezidenti Klaus İohannis iki dövlət arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rumıniya Qara dənizin minalardan təmizlənməsində Ukraynaya yardım edəcək, Aİ və NATO alətləri vasitəsilə dəstək verəcək.
Sazişin özəlliyi Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üzrə konkret əməkdaşlıq məsələləridir.

Rəsmi Buxarest həm də tərəfdaşları ilə birlikdə ukraynalı pilotların hazırlanmasında iştirak edəcək və bununla da Ukrayna hava qüvvələrinin inkişafı koalisiyasına töhfə verəcək. Rumıniya Ukraynanın müdafiə sənayesini də dəstəkləyəcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
bizim.media

1Mənbələr