AZ

"Finalda qalib gəlmək istəyiriksə, özümüzün ən yaxşı versiyamız olmalıyıq"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün finalında qarşılaşacaqları İngiltərə yığması haqda danışıb.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, İngiltərə millisinin çox yaxşı oyunçularının olduğunu bildirib:

“İngiltərə millisinin çox yaxşı oyunçuları var, onların güclü komandası var. Rəqibin ən güclü oyunçularını sadalamağa ehtiyac yoxdur.

Finalda qalib gəlmək istəyiriksə, özümüzün ən yaxşı versiyamız olmalıyıq”.

İngiltərə və İspaniya millilərinin qarşılaşacağı Avropa çempionatının final matçı iyulun 14-də keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
sportinfo.az

1Mənbələr