AZ

ABŞ-nin Bayden dövründə Kiyevə verdiyi hərbi dəstəyin məbləği açıqlandı

Pentaqonun məlumatına görə, Co Baydenin prezidentliyi dövründə Vaşinqtondan Kiyevə hərbi dəstəyin ümumi həcmi 54,4 milyard dolları ötüb.

Bu barədə Redaktor.az lenta.ru-ya istinadən xəbər verir.

“Birləşmiş Ştatlar Bayden administrasiyasının başlanğıcından bəri Ukraynaya təhlükəsizlik yardımı üçün 54,4 milyard dollardan çox vəsait ayırıb ”, - departament dəstəyin məbləğini açıqlayıb.

Daha əvvəl məlum olmuşdu ki, Bayden Xarkov vilayəti yaxınlığında yerləşən Rusiya ərazilərinə hücumlar üçün Ukraynaya 225 milyon dollar məbləğində yeni hərbi yardım göndərəcəyini açıqlayacaq.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
redaktor.az

2Mənbələr