AZ

Qərb mətbuatı: Almaniya Rusiyanı vura biləcək uzaqmənzilli raketlər hazırlayacaq

Qərb mətbuatı Almaniya, Fransa, İtaliya və Polşanın Rusiyanı vura biləcək uzaq mənzilli raketlər hazırlayacağını yazıb.

Editor.az xəbər verir ki, “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetində dərc olunan məqalədə istehsal edilməsi planlaşdırılan raketlərin Almaniya ərazisindən Rusiyadakı hədəfləri vura biləcəyi deyilir. Məqalədə həmçinin qeyd olunub ki, dörd ölkənin müdafiə nazirləri NATO-nun Vaşinqtonda keçirilən sammiti zamanı yüksək dəqiqlikli uzaqmənzilli silahların yaradılması niyyəti haqqında bəyanat imzalayıblar. Digər tərəfdən, Almaniyanın özünün yüksək dəqiqlikli silah sistemlərini inkişaf etdirmək planlarını baş nazir Olaf Şolts da təsdiqləyib. Şolts bunun Almaniya hökumətinin təhlükəsizlik strategiyasına daxil olduğunu və İngiltərə və Fransa ilə gələcək müqavilələrdə öz əksini tapacağını bildirib. Şolts həmçinin bildirib ki, ABŞ-ın Almaniya ərazisində uzaqmənzilli silah sistemləri yerləşdirmək planı çox düzgün qərardır.

Bunun Berlini Moskva ilə yeni silahlanma yarışına sürükləyəcəyi ilə bağlı suala Almaniyanın baş naziri belə cavab verib: “Rusiyada Avropanı təhdid edən sistemlər də daxil olmaqla, “inanılmaz silahlanma” var”.

Bundan əvvəl Pentaqon ABŞ-ın 2026-cı ildən etibarən hipersəs silahları da daxil olmaqla, uzun mənzilli hücum sistemlərini Almaniyada yerləşdirməyə başlayacağını açıqlamışdı. Almaniyanın müdafiə naziri Boris Pistorius da bildirib ki, bu sistemlər növbə ilə yerləşdiriləcək və bu, Berlinə öz analoqlarını hazırlamaq üçün vaxt verəcək.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
editor.az

1Mənbələr