AZ

Orban NATO sammitində Baydendən YAYINDI – Onunla ikitərəfli görüş İSTƏMƏDİ

Orban NATO sammiti zamanı Baydendən yayınıb və onunla ikitərəfli görüş istəməyib.

interpress.az xəbər verir ki, bu barədə The Guardian-a üç mənbə məlumat verib. Onların sözlərinə görə, Macarıstanın baş naziri sammit zamanı yalnız Baydenin əlini sıxıb.

Eyni zamanda mənbə bildirir ki, Orban Floridada ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

Mənbəyə görə, Macarıstanın baş naziri Trampın noyabr seçkilərindən sonra yenidən prezident seçiləcəyini gözləyir. Ona görə də o, Ukraynada nizamlanma məsələsini Bayden administrasiyası və ya Aİ ilə məsləhətləşmək fikrində deyil və birbaşa Trampla danışmaq niyyətindədir.

Xatırladaq ki, iyulun 5-də Orban Moskvaya səfər edib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb, Ukraynadakı münaqişənin həllinin mümkün yollarını və sülh danışıqlarının başlanmasını müzakirə edib.

Daha sonra baş nazir Pekinə səfər edib və orada Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb.

Rusiyaya səfərindən əvvəl Orban iyulun 2-də Kiyevdə bu ölkənin prezidenti Volodimir Zelenski ilə Ukraynadakı münaqişənin həllini müzakirə edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
interpress.az

1Mənbələr