AZ

Seul Rusiya ilə KXDR arasında əməkdaşlığı təhlil edəcək

Cənubi Koreya Rusiya ilə KXDR arasında əməkdaşlığın ölkənin təhlükəsizliyinə təsirini təhlil edəcək və əks tədbirlər hazırlayacaq.

"Operativ Media" xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Yun Seok Yeol Vaşinqtonda NATO İctimai Forumunda çıxışı zamanı deyib.

Moderatorun sualını cavablandıran Yun Seok Yeol qeyd edib: "Biz həmçinin Rusiya-Şimali Koreya əməkdaşlığının ölkəmizin təhlükəsizliyinə və beynəlxalq sülhə potensial təsirini diqqətlə təhlil edəcəyik və müvafiq əks tədbirlər görmək üçün addımlar atacağıq".

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
operativmedia.az

1Mənbələr