AZ

ABŞ-dan Ukraynaya yeni HƏRBİ YARDIM -Məbləğ açıqlandı

ABŞ Prezidenti Co Bayden gözlənildiyi kimi Vaşinqtonda keçirilən NATO sammiti zamanı Ukraynaya növbəti hərbi yardım tranşını açıqlayıb.

OXU24.COM  xəbər verir ki, bu barədə Ağ Evin sahibi Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.

Bayden yeni yardım paketinə dəqiq nəyin daxil olduğunu dəqiqləşdirməyib.

Daha əvvəl "Associated Press" öz mənbələrinə istinadla xəbər vermişdi ki, yeni hərbi yardımın həcmi 225 milyon dollar qiymətləndirilir.

Qeyd edək ki, daha əvvəl Qərb mediası Kiyevin Cənubi Koreyadan hava hücumundan müdafiə sistemləri istəməsi barədə məlumat yayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
oxu24.com

1Mənbələr