AZ

Zelenski Orban haqqında: Bütün liderlər danışıqlar apara bilməz, bunun üçün güc lazımdır

Macarıstanın baş naziri Viktor Orban Ukrayna ilə Rusiya arasında atəşkəs barədə danışıqlar apara bilmir.

Qaziler.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski  NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.

Mətbuat konfransında Zelenskidən Orbanın əvvəlcə Kiyevə, sonra isə Moskva və Pekinə səfərləri barədə nə düşündüyü və Macarıstanın baş nazirinin bundan sonra hara getməyi planlaşdırdığı soruşulub.

Zelenski bu haqda məlumatsız olduğunu deyərək, Orbanın yenidən Ukraynaya səfər edəcəyi ehtimalını irəli sürüb.

“Bütün liderlər danışıqlar apara bilmir. Bunun üçün müəyyən səlahiyyətlərə və gücə malik olmaq lazımdır”, - deyə Ukrayna lideri qeyd edib.

Eyni zamanda, o, Orbanın qondarma “sülhməramlı missiyasına” münasibət bildirərək deyib ki, hər dünya lideri Ukrayna və Rusiya Federasiyası arasında vasitəçi olmaq iqtidarında deyil.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
qaziler.az

1Mənbələr