AZƏRTAC, 11 iyul, Vaşinqton
ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra ABŞ Müdafiə Departamenti Ukraynanın vacib təhlükəsizlik və müdafiə ehtiyaclarını qarşılamaq üçün əlavə təhlükəsizlik yardımı paketini elan edib. AZƏRTAC-ın verdiyi məlumata görə, Pentaqonun budəfəki avadanlıq təminatı 2021-ci ilin avqustundan indiyədək sayca 61-cidir.
225 milyon dollarlıq paketə hava hücumundan müdafiə sistemləri, raket sistemləri, artilleriya üçün döyüş sursatları və tank əleyhinə silahlarlar daxildir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton