AZ

Rəşad Sadlqov: “Hər iki komanda üçün ağır oyun keçdi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadlqov “Şerif”ə (Moldova) 1:0 hesabı ilə qalib gəldikləri Avroliqanın birinci təsnifat mərhələsinin oyununu şərh edib. “Zirə”nin baş məşqçisi Rəşad Sadlqov “Şerif”ə (Moldova) 1:0 hesabı ilə qalib gəldikləri Avroliqanın birinci təsnifat mərhələsinin oyununu şərh edib. Matc.az xəbər verir ki, Tiraspolda keçirilən oyundan sonra təşkil edilən mətbuat konfransında 42 yaşlı mütəxəssis bildirib ki, qələbəyə baxmayaraq, cütün taleyi barədə danışmaq tezdir:  “Hər iki komanda üçün ağır oyun keçdi. Hesab edirəm ki, bu gün “Şerif” də qələbə qazana bilərdi. Biz yalnız birinci hissədə qələbə qazanmışıq, ikinci hissə isə Bakıda olacaq. Cavab oyunu daha məsuliyyətli və çətin olacaq. Komandalar həmin oyuna daha hazırlıqlı çıxacaqlar. Cütün qalibinin adına da məhz Bakıdakı oyunda aydınlıq gələcək”. Sadıqov bu gün Moldovada havanın çox isti olduğunu və bunun da oyunlarına təsir etdiyi deyib. O deyib ki, bugünkü matçda fiziki baxımdan daha hazırlıqlı olan komanda qələbə qazanıb. Moldovalı jurnalistin sualına cavab olaraq Sadıqov bildirib ki, hazırkı “Şerif”lə 2021-ci Madriddə “Real”ı məğlub edən (2:1) “Şerif” arasında müqayisə aparmaq doğru olmaz. O deyib ki, hazırkı komandanın o vaxtkı və indiki heyəti arasında fərq olsa da, indiki “Şerif” əvvəlkindən zəif deyil. Xatırladaq ki, “Zirə” ilə “Şerif” arasında cavab matçı iyulun 18-də Bakıda keçiriləcək.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
matc.az

5Mənbələr