AZ

Tovuz döyüşlərindən 4 il ötür

Bakı. Trend:

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə Tovuz döyüşləriqızıl hərflərlə yazılıb. Silahlı Qüvvələrimizin şanlı Zəfərqazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin başlamasındandörd il ötür. Ümumiyyətlə Ordumuzun Böyük Qələbəyə doğruirəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurluGünnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçib.Ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistanordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayanbeşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcızərbə vuraraq onun mənfur niyyətinin qarşısını alıb.

Trend Tovuz döyüşlərinin xronologiyasını təqdim edir.

Döyüşlərin birinci günündə - 2020-ci il iyulun 12-də Ermənistansilahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlətsərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraqartilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşətutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvattədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itkiverərək geri oturdulub. Beləliklə, Ermənistan silahlıbirləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsicəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinəyol verilməyib. Döyüşdə düşmənin hücumunun qarşısını alarkənOrdumuzun üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb.Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylıitki verib.

İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuzistiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplıpulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən,minaatanlardan və digər artilleriya qurğularından da istifadəetməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdamkəndinə minaatanlardan yenidən atəş açıb. Düşmənin butəxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavabtədbirləri görülüb. Artilleriya, minaatan və tankların tətbiqi iləgedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrininbölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi,artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhvedilib. Bölmələrimizin endirdiyi sarsıdıcı zərbələr nəticəsindədüşmən xeyli itki verib.

İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə TəhlükəsizlikŞurasının iclası keçirilib. Bölmələrimiz düşmənin fəaliyyətininqarşısının alınması məqsədilə cəza tədbirləri görüblər. Təxribatıdavam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərənqarşı tərəfin bu niyyətinin də qarşısı alınıb. Düşmən itkiləribarədə məlumatları gizlədib. Azərbaycan tərəfi heç bir ərazi itkisiverməyib. Döyüşlər zamanı dörd hərbi qulluqçumuz şəhid olub.Azərbaycan Ordusunun bölmələri şəhidlərimizin qanını yerdəqoymayıblar.

Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzrayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan vətoplardan atəşə tutublar. Düşmənin bütün təxribatlarına qarşıqoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyatakeçirilib. Onun bir neçə hərbi obyekti və texnikası, həmçinin atəşmövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahıvə hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağınedilib.

Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhərsaatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonusahəsində davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısınınalınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsusmüxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komandaməntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsiməhv edilib. İki sutka ərzində qarşı tərəfə sarsıdıcı atəşzərbələri endirilib. Tovuz rayonu istiqamətində gedən döyüşlərzamanı böyük itki verən düşmən geri çəkilib.

İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonununAğdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan vəartilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanımüdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru PoladHəşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumununqarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhidolublar. Bu, Azərbaycan Ordusunun general və digər yüksək rütbəlizabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüştapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib.Həmin gün bu istiqamətdə ağır döyüşlər gedib. Qarşı tərəf mülkiəhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Bu hadisələrdənsonra Azərbaycan Prezidenti Ermənistana qarşı cəza əməliyyatınınbaşlanmasına dair göstəriş verib. Ali Baş Komandan İlham Əliyevhəmin günlər deyib: "Biz fəxr edirik ki, Azərbaycan xalqı,Azərbaycan torpağı belə övladlar yetişdirib". Ölkə rəhbəri Tovuzdabaş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırıb vəAzərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadəedib.

Eyni gün düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davamedib. Azərbaycan Ordusu şəhidlərimizin qisasını tezliklə alıb.Həmişə olduğu kimi, bu dəfə də vəziyyət gərginləşdikdə qarşı tərəfdərhal yaşayış məntəqələrimizə atəş açmağa başlayıb. Ermənistansilahlı qüvvələrinin Tovuz rayonu istiqamətində açdığı artilleriyaatəşi nəticəsində rayonun Ağdam kəndinin sakini həlak olub.Ermənistan hərbi birləşmələrinə məxsus pilotsuz uçuş aparatıvurulduqdan sonra düşmənin atəş mövqeyindəki artilleriya qurğusudöyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi iləyerlə-yeksan edilib. Həmçinin düşmənin aktiv döyüş fəaliyyətininqarşısının alınması məqsədilə onun artilleriya divizionununidarəetmə məntəqəsi milli ordumuzun bölmələrinin dəqiq atəşi iləsıradan çıxarılıb.

Bir gün sonra görülən cəza tədbirləri nəticəsində Ermənistansilahlı qüvvələrinə məxsus döyüş texnikası və daha bir bölüyündayaq məntəqəsi məhv edilib. Düşmən bölmələri cəbhənin müxtəlifistiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən,minaatanlardan və digər artilleriya qurğularından da istifadəedərək atəş açsa da, cavab atəşi ilə susdurulub. Tovuz rayonuistiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə məruzqoyan qarşı tərəfin bölmələrinin uzunmüddətli atəş nöqtələri vədayaq məntəqəsi yerlə-yeksan edilib.

Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali BaşKomandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşənordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərəkAzərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdənbaşlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaqüçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininbölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-dəkeçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali BaşKomandanı İlham Əliyevin "Əgər kimsə, hansısa vətənpərvər insanorduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram"çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə,şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etməkbarədə arzularını bildirib və müvafiq qaydada qeydiyyataalınıblar.

İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhdgöstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidlikəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakinqarşı tərəf yenə cavab atəşi ilə susdurulub.

İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da,ümumilikdə gərginlik davam edib.

Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha birörnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbiqulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Budöyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüştexnikası sıradan çıxarılıb. Xalq bu döyüşlər zamanı şəhidlikzirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla sonmənzilə yola salıb.

Qeyd edək ki, ərazilərimizin işğaldan azad olunması uğrundaaparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaətgöstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüştapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbiqulluqçuları və şəhidlər, eləcə də Vətən müharibəsi zamanı şəhidlikzirvəsinə yüksəlmiş qəhrəmanlarımız Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden vəmedallarla təltif olunublar.

2020-ci ilin iyulunda baş vermiş döyüşlər Azərbaycan tarixininşanlı səhifələrindən olan Vətən müharibəsinə aparan yolda ən mühümmərhələlərdəndir. Bu döyüşlərdən təxminən iki ay yarım sonradüşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslıəks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalibgələrək torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbəvuran ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Qəhrəman əsgərvə zabitlərimiz onların qisasını döyüş meydanında alaraq qələbəqazandı, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar. Odur ki,biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimizinxatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Hazırdaşəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezidentMehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunub. BuQələbəni bizə bəxş edən əsgər və zabitlərimiz bizim qürurmənbəyimizdir. Onların şücaəti və fədakarlığı isə artıq dastanaçevrilib.

Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü və AzərbaycanOrdusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütünbunlar xalqımızın döyüş ruhunun yüksək olduğunu nümayiş etdirdi.Beləliklə, bu döyüşlər Azərbaycanın Vətən müharibəsində mənfurdüşmən üzərində qazanmış olduğu Böyük Zəfərin ilk qığılcımlarındanidi.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
az.trend.az

5Mənbələr