AZ

Fransa 1 il hökumətsiz qala bilər, Makron ölkəni bu hala saldı....

Image

"Makron Fransaya bu günləri də yaşatdı. Sosial etirazlar ölkəni bürüyüb, müstəmləkələrə müstəqillik tələb edən liderlər xalqn dəstəyi ilə Fransa parlamentinə deputat seçilir ( demək , müstəmləkələrə  müstəqillik verilməsini xalqlar istəyir),ölkınin Qafqaz və Afrika sitasəti tam iflasa uğrayıb, prezidentin partiyası Avropa parlamentinə və yerli parlamentə seçkilərdə məğlub olur. Makron Avropa parlamentinə seçkidə məğlub olandan sonra öz ölkəsinin parlamentini buraxmaqla və yeni seçki keçirməklə guya vəziyyətdən çıxış tapdı. Əslində isə daha ağır duruma düşdü. Belə ki, Fransa parlamentinə seçkidə də biabırçı məğlubiyyətə düçar oldu .İndi Fransa sözün həqiqi mənasında çıxılmaz  siyasi dalana girib.Baxın ,izah edirəm, görün bu vəziyyət Fransaya nə vəd edir?"
Bu fikirlər "Bakı Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyevin Facebook səhifəsindəki paylaşımında yer alıb. Politoloq daha sonra yazır:  "Makronçular seçkidə 3- cü yeri tutdular.Çünki ölkədə tam nüfuzlarını itiriblər.Qatı əleyhdarlarından biri olan sosialistlər 1- ci yeri tutdular.Digər əleyhdar olan ifrat sağçılar 2- ci yeri tudu. Beləliklə, Melanşon, Mari Li Pen və Makron üz- üzə qalıblar. Sosialist Melanşon baş nazir olacağı təqdirdə Makronun bütün əsas siyasətlərini tam tərsinə çevirəcıyini deyib.Ancaq o hökuməti təkbaşına qura bilmir, çünki ən çox sayda deputatı olsa da, yetərli sayda deputatı yoxdur. İfrat sağçı Mari Li Pen isə nə qədər Makronun əleyhinə olsa da, hökuməti təşkil etmək üçün Sosialist Melanşonla koalisiya hökuməti qurmaq istəmir. Beləliklə , ölkə özünə baş nazir seçmək və hökumət qura bilməmək kimi absurd bir vəziyyətə salınıb.Fransanın konstitusiyasına görə bu halda çıxış yolu yeni parlament seçkilərinə getməkdir.Ancaq bu da hələ Makronun yaratdığı dalanın son əlaməti deyil. Daha dəhşətli əlamət odur ki, konstitusiya yeni parlament seçkisini yalnız 1 İLDƏN sonra keçirməyə icazə verir.İki dəfə fövqəladə seçki olmaz ki....Bəs 1 il ölkə hökumətsiz necə qalsın?
Necəsə bir yol tapıb hökumət qursalar da, Fransa dalandan yenə  çıxmayacaq. Çünki bu halda prezident  Makron siyasi cəhətdən tam özünə əks olan hökumət və baş nazirlə işləməli olacaq. Bunun nə demək olduğunu yəqin təsəvvür edirsiz . Makron bir şey, baş nazir və hökumət başqa şey deyəcək....
Makron "quyunu çox dərin qazdı , ancaq qırağında özü dayanıb"...."

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
baki-xeber.com

1Mənbələr