AZ

''Fənərbaxça'' Mourinyo ilə ilk dəfə uduzdu

Yeni mövsümə hazırlığını Avstriyada davam etdirən ''Fənərbaxça'' bu yayın 3-cü yoxlama oyununu keçirib.

Daha öncə Rumıniya təmsilçisi ''Petrolul''u 2:1 məğlub edən və Avstriyanın aşağı liqa təmsilçisi ''Admira'' ilə 1:1 bərabərə qalan Joze Mourinyonun komandası bu dəfə daha ciddi rəqib - Xorvatiya təmsilçisi ''Hayduk'' ilə qarşılaşıb. ''Fənər'' meydana bu ''11-lik''lə çıxıb: Livakoviç, Osayi-Samuel, Ciku, Bekao Levənt Mərcan, Bartuğ Elmaz, Kruniç, Fred, Cengiz Ündər, Kent, Ceko. ''Merkur Arena''da oynanılan qarşılaşma ''sarı-lacivərdlilər'' üçün uğurlu alınmayıb. Vitse-prezident Acun Ilıcalının da izlədiyi oyunda ''Fənərbaxça'' minimal hesabla uduzub.

İtaliyalı Cennaro Qattuzonun çalışdırdığı ''Hayduk''un heyətində yeganə qolu 85-ci dəqiqədə Bruno Durdov vurub. Beləliklə, qeyri-rəsmi oyun da olsa, ''Fənər'' Mourinyonun başçılığı altında ilk məğlubiyyətlə üzləşib. Komanda növbəti oyununu şənbə günü Fransa təmsilçisi ''Strasbur''a qarşı keçirəcək və həmin matçın ardından Avstriya toplanışını başa vuraraq İstanbula qayıdacaq.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
football-plus.az

1Mənbələr