AZ

“Ukrayna hərbi əməliyyatları davam etdirsə, məhv olacaq” – Siyarto

NATO və Avropa Birliyinin Ukraynaya qarşı hazırkı strategiyasının davam etdirilməsi münaqişənin genişlənməsinə və bu ölkənin məhvinə gətirib çıxaracaq.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Siyarto -nun sözlərinə görə, Qərb ölkələrinin Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı siyasəti “vəziyyət getdikcə pisləşdiyi üçün heç bir nəticə verməyib”.

“Əgər müharibəni dayandıra bilməsək Ukrayna məhv olacaq”,- deyə Siyarto bildirib.

O, bir daha vurğulayıb ki, onun fikrincə, münaqişənin həlli yoxdur, onu dayandırmaq üçün danışıqlar aparılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
nocomment.az

1Mənbələr