AZ

Zalujnı: "Mən Ukraynaya xidmət etməyə davam edirəm..."

...Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı iyulun 11-də Facebook-da Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinin icrasına başladığını elan edib. ...Mən Ukraynaya xidmət etməyə davam edirəm.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlayıb.

...Mən etimadnaməmin surətlərini Kral Sarayında akkreditə olunmuş diplomatik korpusun vitse-marşalı, Xarici İşlər Nazirliyinin protokol məsələləri üzrə struktur bölməsinin rəhbəri Viktoriya Basbiyə təqdim etdim.

BunuZalujnı yazıb.

O qeyd edib ki, Ukraynanın Rusiya Federasiyasına qarşı müharibədə qələbəsi onun fəaliyyətinin və Ukrayna səfirliyinin fəaliyyətinin əsas prioriteti olaraq qalır.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
sia.az

1Mənbələr