AZ

Şahbaz Şərif: “Hesab etmirəm ki, şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı qədər gözəl edək”

“Hesab etmirəm ki, biz şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı qədər gözəl edə bilərik. Zati-aliləri, düşünürəm ki, mümkün və mənfəətli olan sahələrdə əməkdaşlıq və birgə investisiyalar istiqamətində irəliləməyin vaxtı çatıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə İslamabadda geniş tərkibdə görüşü zamanı bildirib.

“Bundan əlavə, əlbəttə ki, Pakistanın xeyrinə böyük lütfünüzə - düyü ixracına görə mən necə təşəkkür etməyə bilərəm. Heç bir gömrük rüsumu yoxdur, düyü ixracı rüsumdan tamamilə azad olunub. Azərbaycandan başqa heç bir ölkə bunu etməyib. Məhz buna görə biz bu unikal əlaqələrdən bu qədər məmnunuq”, - deyə Şərif qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
4
bizim.media

6Mənbələr