AZ

Xankəndidəki keçmiş separatçı rejimin yüksək vəzifəli şəxsi Azərbaycana işləyirmiş –“SƏRXAN” KOD ADI ALTINDA

Ermənistan İstintaq Komitəsi Azərbaycana casusluqda ittiham edilən şəxslə bağlı məlumat yayıb.

 

Senzor.az bildirir ki, yayılan məlumatda Xankəndi şəhər sakini Sarkis Qalstyanın üç il ərzində Bakıya olduqca mühüm məlumatlar çatdırdığı iddia edilib.

 

Bildirilib ki, Sarkis Qalstyan adi adam deyil, 2018-2023-cü illərdə Qarabağdakı keçmiş separatçı-terrorçu rejimdə “müxtəlif vəzifələr” tutub, xüsusən Şuşa “icra başçısının müavini”, “hərbi vətənpərvərlik, gənclər, idman və turizm nazirliyinin aparat rəhbəri”, “təhsil, elm, mədəniyyət və idman nazirliyinin aparat rəhbərinin müavini”, sonra “qondarma “dqr”in qondarma “prezidenti”nin “aparat rəhbərinin müavini” olub. O, hərbi vəziyyətdən və əhalinin sosial-psixoloji durumundan xəbərdar olan şəxs imiş. 

 

İstintaq Komitəsi qeyd edib ki, Qalstyan 2020-ci ilin noyabrında Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı ilə əlaqə yaradıb, casusluq etməyə razılaşıb və ona “Sərxan” kod adı verilib.

 

Daha sonra Sarkis 2020-2023-cü illər ərzində Azərbaycan xüsusi xidmət orqanı əməkdaşına Ermənistan Respublikasının xarici təhlükəsizliyi, Qarabağdakı əhali, onların əhval-ruhiyyəsi, Ermənistan və Qarabağdakı separatçıların siyasi mövqeləri ilə, 2023-cü il sentyabr hadisələri zamanı Ermənistan tərəfindən mümkün hərbi dəstək, əhalinin ehtiyaclarını ödəmək üçün zəruri olan ərzaq və digər maddi resursların mövcudluğu, silahlanma, mümkün hərbi müqavimət və oxşar xarakterli digər məlumatları Azərbaycan xüsusi xidmət orqanı əməkdaşına ötürüb. 

Məlumatda o da iddia olunur ki, 2023-cü ilin sentyabrında erməni əhalisi Qarabağı tərk etdikdən sonra xarici kəşfiyyat xidmətinin yuxarıda haqqında söhbət gedən əməkdaşından Xankəndidə vəzifə təklifi alan Sarkis Qalstyan həyat yoldaşı ilə birlikdə orada qalıb.

 

Bu ilin martında Qalstyan Ermənistana köçüb, lakin tezliklə həbs edilib və casusluqda ittiham olunub.

 

Əldə edilmiş kifayət qədər faktlar əsasında ona Ermənistan Respublikası Cinayət Məcəlləsinin 424-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Qalstyan özü ittihamları rədd edir.

 

Senzor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
senzor.az

10Mənbələr