AZ

Qalibaf Rubinyanla sülhü müzakirə etdi

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibaf ilə ölkələr arasında münasibətləri müzakirə edib.

Axar.az xəbər verir ki, görüş Sankt-Peterburqda keçirilən BRİKS Parlament Forumu çərçivəsində baş tutub.

Tərəflər Ermənistan-İran münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.

Həmsöhbətlər qarşılıqlı maraq doğuran sektorlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıblar.

Ermənistan-İran parlamentlərarası əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik və sülhlə bağlı məsələlər də müzakirə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
axar.az

2Mənbələr