AZ

108 yaşlı qadının uzunömürlülük sirri: flört, şərab və ...

ABŞ-nin Alabama ştatından olan Helen Denmark adlı qadın 108 yaşını qeyd edib.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, 108 yaşlı amerikalı uzunömürlülüyün sirrini açıb.

Qocalar evində yaşayan Helen zarafatla özünü 107 yaşından daha qoca hiss etmədiyini söyləyərək cavan qalmasının səbəblərindən danışıb.

"Mən şərab içirəm, desertlər yeyirəm və bığlı kişilərlə flört edirəm", - o deyib.

Helen özünü sağlam və güclü hiss etdiyini, növbəti yubileyini mütləq qeyd etmək niyyətində olduğunu bildirib.

ABŞ-ın Siyahıyaalma Bürosunun yanvar ayına olan məlumatına görə, ölkədə 100-dən yuxarı yaşı olan təxminən 101 000 nəfər yaşayır.

Daha əvvəl 100 illik yubileyini qeyd edən İkinci Dünya Müharibəsi veteranı, Nyu-Yorkdan olan Eugene Russo demişdi ki, sağlam qidalanmağı və hər gün bir az spirtli içki qəbul etməyi uzun ömrün açarı hesab edir. O, meyvə, tərəvəz yediyini, 70 yaşdan sonra şəkər və duz istehlakından imtina etdiyini bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
milli.az

2Mənbələr