AZ

Stoltenberq Çinə Rusiya ilə bağlı çağırış etdi

Çinin Rusiyaya dəstəyi NATO üçün təhlükəsizliyə təhdiddir və Pekin Moskva ilə əməkdaşlığı dayandırmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

NATO sammitinin ikinci günündən sonra mətbuat konfransında danışan Stoltenberqin sözlərinə görə, bu problem alyansın Sakit okean üzrə tərəfdaşları ilə müzakirə olunacaq.

Eyni zamanda, NATO-nun baş katibi Şimali Atlantika Alyansının Çinə qarşı hansı əməli tədbirlər və sanksiyaları görə biləcəyi sualına cavab verməmiş, lakin vurğulamışdır ki, tarixdə ilk dəfə blokun bütün ölkələri yekdilliklə ÇXR-i Rusiyanın Ukrayna münaqişəsindəki hərbi səylərinin əsas sponsoru elan ediblər.

NATO-nun Vaşinqtonda keçirilən sammitində qəbul edilən yekun bəyannamədə Şimali Atlantika Alyansı bütün dünya ölkələrini Ukrayna münaqişəsinə görə Rusiyaya heç bir hərbi yardım göstərməməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
nocomment.az

1Mənbələr