AZ

“Təslim olmayacağıq” – “Şerif”in baş məşqçisi

“Şerif”in baş məşqçisi Yuri Qura Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”yə məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyundan sonra baş tutan mətbuat konfransında bunları deyib:

“Belə oyunda məğlub olmaq məyusedicidir. Hər iki komanda üçün çətin oyun oldu, hava isti idi. Hücum etməyə çalışdıq, ancaq qol vura bilmədik. Statistikaya baxsaq, rəqib bir zərbə endirdi və qol oldu. Belə matçlarda uduzmaq ağırdır. Təslim olmayacağıq”.

Komandalar arasındakı cavab oyunu iyulun 18-də Bakıda olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
futbolpress.az

1Mənbələr