AZ

Rəşad Sadıqov "Zirə"nin qələbəsini şərh etdi

Bizi 1 həftədən sonra Bakıda çətin görüş gözləyir.

Axar.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif"lə (Moldova) ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"İkinci hissədə hücum xəttini gücləndirmək istəyirdik. Düşünürəm ki, bu bizdə uğurlu alındı. Görüşün sonlarında komandaların ifasında təhlükəli hücumlar izlədik. Hər iki kollektivin qol vurmaq üçün şansları var idi. Futbolçularımın çıxışından razı qaldım. Lakin öz gücümüzü bir az artırmalıyıq. Mövsümün ilk oyunları hər zaman ağır keçir. Bizi 1 həftədən sonra Bakıda çətin görüş gözləyir", - R.Sadıqov vurğulayıb.

Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
17
axar.az

10Mənbələr